İrandan düşmənlərinə güc nümayişi...

Baxış sayı:
937

İranda 18 aprel Milli Ordu günü münasibətilə 1979 inqilabının lideri Ayətullah Ruhullah Xomeyninin paytaxt Tehrandakı türbəsinin önündə prezident Həsən Ruhani və yüksək rütbəli hərbi rəsmilərin iştirakı ilə hərbi parad keçirilib.
 
Ruhani burada etdiyi çıxışında, ABŞ və İsrailin bölgənin sabitliyini təhdid etdiyini bildirərək "Region xalqları əsrlərlə birlikdə yaşadı və heç bir problem çıxmadı. Qardaş kimi yaşayıblar və qonşuluq hüququna riayət etdilər. Əgər bu gün problem varsa, bunun səbəbi İsrail və ABŞ imperializmidir" deyib.
ABŞ-ın region ölkələrinin möhkəmlənməsinə qarşı olduğunu dilə gətirən Ruhani, "ABŞ təslim olmayan, boyun əyməyən gücləri sevmir. Gəlin birlikdə hərəkət edək və ərazimizi işğalçılardan təmizləyək" deyə çağırış edib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 8 apreldə İran İnqilab Mühafizəçiləri Ordusunun ABŞ-ın xarici terror təşkilatları siyahısına əlavə olunduğunu bildirmiş, İran Milli Təhlükəsizlik Ali Şurası da buna qarşılıq ABŞ Mərkəzi Qüvvələr Komandanlığını (CENTCOM) terror təşkilatları siyahısına aldığını açıqlamışdı.

Müxalifət.az