İrandan dəhşətli SÖZLƏR: Körfəzin mavi suları qırmızıya boyanacaq

Baxış sayı:
1870

Tehranın cümə imamı ayətullah Muvahhidi Kirmani İranın uranın zənginləşdirilməsində limiti aşmağa davam etdiklərini, lakin bunun atom bombası yaratmağa hesablanmadığını açıqlayıb.
Kirmani atom bombasına ehtiyaclarının olmadığını qeyd edib.
“7 iyuldan başlayaraq, istədiyimiz qədər uran zənginləşdirəcəyik. Əgər Körfəzin mavi sularının qırmızıya çevrilməsini istəmirlərsə, hərbi müdaxiləni düşünməsinlər. İran İsrailə hücum etmək istəsə, bu ölkəyə aid 200 atom bombasının olduğu Dimona Nüvə Stansiyasını vurması bəs edər. Buranı hədəfə alsaq, İsrail öz atom bombaları ilə bir neçə dəfə yerələ bir olar. Özünüzə diqqət edin”- Kirmani təhdid edib./publika