İrandan Camal Qaşıqçı açıqlaması!

Baxış sayı:
7573

İran Məclisinin sədri Əli Laricaninin müavini Hüseyn Əmir Abdullahiyan, itkin düşən Səudiyyəli jurnalist Camal Qaşıqçı ilə bağlı açıqlama verib.
 
İran Məclisinin sədr müavini Hüseyn Əmir Abdullahiyan, Səudiyyəli jurnalist Camal Qaşıqçı-nın öldürüldüyü iddialarının gözləntilərdən uzaq olmadığını, ancaq bu məsələdə Türkiyənin hadisəylə bağlı araşdırmasının nəticəsini gözləyəcəklərini söyləyib.
Rusiyanın "El-Yevm" televiziyasına verdiyi müsahibədə Abdullahiyan, Qaşıqçı-nın Səudiyyə Ərəbistanı tərəfindən öldürüldüyünə qarşı iddiaların da gözləntilərdən uzaq olmadığını bildirib.
Abdullahiyan, "Qaşıqçı məsələsində Türkiyənin hadisəylə bağlı araşdırmasının nəticələrini gözləyəcəyik" deyib.
Müxalifət.az