İrandan Avropaya sərt tənqid! ‘Sözlərində durmadılar'

Baxış sayı:
6007

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın nüvə razılaşmasından çəkilməsindən sonra Avropa ölkələrinin razılaşmada qalması üçün İrana verdiyi sözlərin heç birini yerinə yetirmədiyini söyləyib.
 
ABŞ-ın nüvə razılaşmasından çəkilməsindən sonra Avropalı tərəflərlə bir çox yığıncaq keçirdiklərini qeyd edən Zərif, "Bu yığıncaqlarda neft satışı, neft gəlirlərinin ölkəyə qayıtması, İrana sərmayələr, çatdırma, havaçılıq və dənizçilik sahələrini də əhatə edən 11 təəhhüddə oldular. Bu yığıncaqlarda öhdəliklərini rəsmi şəkildə elan etdilər, ancaq INSTEX bu vədlərdən heç birini əhatə etmir" deyə söyləyib.
Zərif INSTEX-in fəaliyyətə başlamasını verilmiş 11 vəd üçün ilk addım olaraq qiymətləndirdiklərini ifadə edərək Avropa ölkələrinin təəhhüdlərini yerinə yetirməsi lazım olduğunu sözlərinə əlavə edib.
Qeyd edək ki, ABŞ rəhbərliyi 8 may 2018-də 2015-ci ildə imzalanan nüvə razılaşmasından çəkilərək İrana yönəlik sanksiyaları yenidən dövrəyə buraxmışdı.
Müxalifət.az