İrandan Avropaya çağırış: ABŞ-a təzyiq edin!

Baxış sayı:
130

İran prezidentinin köməkçisi İshak Cihangiri Avropa Birliyi (AB) ölkələrinin İrana sanksiyalarını dayandırması üçün ABŞ-a təzyiq etməsi lazım olduğunu söyləyib.
 
Cihangiri nüvə razılaşmasının davam etməsi və qalıcı olması üçün AB ölkələrinin vədlərini yerinə yetirməsi lazım olduğunu ifadə edərək bu ölkələrin İrana deyil, sanksiyaları sona çatdırması üçün ABŞ rəhbərliyinə təzyiq etməsini istəyib.
İrana sanksiyaların sona çatdırılması çağırışı edən Cihangiri, "İranın nüvə razılaşmasındakı öhdəliklərinə dönməsi çox asandır, bir neçə saat içində bunun qərarını verə bilərik. İranın öhdəliklərini tam olaraq yerinə yetirə bilməsi üçün razılaşmanın tərəfi olan digər ölkələrin də vədlərini praktiki olaraq həyata keçirmələri lazımdır" deyib.
Müxalifət.az