​İrandan Avropa İttifaqına MÜHÜM MESAJ: “Top sizdə…”

Baxış sayı:
6961

Avropa İttifaqı ABŞ-ın sanksiyaları nəticəsində Tehrana dəyən zərəri kompensasiya etsə, İran nüvə proqramı üzrə sazişə riayət etməyi davam etdirəcək.
Muxalifət.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
 “İndi top Avropanın tərəfindədir”, - deyə İranın atom enerjisi təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib.
Fransanın iqtisadiyyat naziri Bryuno Le Mer isə bundan əvvəl Brüsselin ABŞ sanksiyaları nəticəsində dəyən zərərin kompensasiyasını üzərinə götürə biləcəyini bəyan edib.
Qeyd edək ki, mayın 8-də prezidenti Donald Tramp ABŞ-ın İranla bağlanmış nüvə sazişindən çıxdığını elan edib.