​İrandan atəşkəs açıqlaması: Əməliyyatlar davam edir

Baxış sayı:
5104

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Baqiri BMT Təhlükəsizlik Şurasının Suriyada bir aylıq “Humanitar atəşkəs” haqqında qərarından sonra Şərqi Qutada əməliyyatlara davam edəcəklərini açıqlayıb.
Muxalifet.az xəbər verir ki, Baqiri bölgədəki İŞİD və Nüsrə Cəbhəsinə qarşı əməliyyatların tam şəkildə davam edəcəyini, ölkənin terrorçulardan tamamilə təmizlənəcəyini bildirib.
Qeyd edək ki, Küveyt və İsveç tərəfindən hazırlanan qətnamə layihəsi başda Şərqi Quta olmaqla, bütün Suriya ərazisində humanitar yardımların ünvanına rahat çatdırılması üçün atəşi bir aylıq dayandırmağı nəzərdə tutub.