İrandan açıqlama: “ABŞ-la müharibənin astanasındayıq”

Baxış sayı:
8350

İran İnqilab Mühafizəçilərinin komandiri general Selami İslam inqilabının heç olmadığı qədər həssas bir dövrdən keçdiyini ifadə edərək "Düşmən bütün gücünü bizimlə qarşı-qarşıya gəlmək üçün istifadə edir. Bu proses İslam inqilabının taleyini müəyyənləşdirəcəkdir” deyib.
 
ABŞ-ın bölgədə hərbi gərginliyi artırmağa yönəlik addımlarını da qiymətləndirən Selami, ABŞ ilə mümkün müharibə ehtimalı üçün "Düşmənlə bütünlüklə qarşı-qarşıya gəlmənin ən üst nöqtəsindəyik" deyə bildirib.
ABŞ-ın artıq xəttin son nöqtəsinə gəldiyini söyləyən Selami, "Kənardan görünən o güc və heybətlərinə baxmayaraq onlar içi boş bir sümük yığınından ibarətdir" deyə söyləyib.
Bundan başqa, islahatçılara yaxınlığı ilə tanınan İran siyasətçisi Rza Alicani də məsləyə münasibət bildirərək ABŞ və İran arasındakı gərginliyin kiçik ölçülü və qısamüddətli bir müharibəyə dönüşə biləcəyini deyib.
Müxalifət.az