İrandan ABŞ və İsrailə SƏRT CAVAB - “Yalançı çoban”

Baxış sayı:
6613

İsrailin baş naziri Netanyahunun nüvə proqramına dair İsrailin paytaxtı Təl-Əvivdə etdiyi açıqlamada, İsrail kəşfiyyatının "İranın nüvə proqramı haqqında 183 CD-də toplanan 55 min səhifəlik gizli məlumat" əldə etdiyini söyləməsindən sonra Tehrandan Netanyahuya “Yalançı çoban” cavabı gəldi.
ABŞ və İsraildən ard-arda gələn açıqlamalara İran xarici işlər naziri Cavad Zərif, Twitterdən cavab verib: "Yalançı çoban yenə iş başındadır. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasındakı karikatura fiaskosu da əzmini qıra bilmədi. Artıq yalnız kiçik bir təbəqəni aldada bilərsən".
Zərif, ikinci bir tweet də ataraq, "Prezident Tramp, müqaviləni aradan qaldırmaq üçün Beynəlxalq Atom Enerjisi Qurumunun çoxdan gündəmindən çıxmış keçmiş iddiaların üzərinə tullanır. Nə qədər də uyğundur. Yalançı çoban tərəfindən dilə gətirilən bu koordinasiyalı kəşfiyyat iddiaları 12 maydan bir neçə gün əvvələ təsadüf etdi. Amma Trampın tələskənliyi bütün məxfiliyi aradan qaldırdı" deyə, bildirib.

Müxalifət.az