​İrandan ABŞ-a TƏHDİD: Bir həftəyə sizə göstərəcəyik...

Baxış sayı:
2611

İran nüvə razılaşmasından çıxan ilk ölkə olmayacaq.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.
“Biz razılaşmanı pozan ilk ölkə olmayacağıq, ancaq əgər onlar razılaşmanı pozsalar, peşman olacaqlar. Düşündüklərindən daha hazırlıqlıyıq və bunu razılaşmanı pozandan sonra bir həftə ərzində görəcəklər”, – deyə o bildirib.