İrandan ABŞ-a qadağa: Artıq uça bilməyəcəklər

Baxış sayı:
8161

ABŞ Federal Havaçılıq İdarəsi Bəsrə və Oman Körfəzinin İran nəzarətindəki hava sahəsində ABŞ firmalarının uçuşlarını qadağan etdiyini açıqlayıb.
 
ABŞ Federal Havaçılıq İdarəsi (FAA) İranın ABŞ-a aid bir insansız hava vasitəsini (İHA) vurmasından sonra Bəsrə və Oman Körfəzinin İran nəzarətindəki hava sahəsində Amerikan havaçılıq firmalarının uçuşlarına qadağa qoyduğunu açıqlayıb.
FAA-dan edilən açıqlamada, bölgədə artan gərginlik və təhlükəsizlik məsələsinə toxunulub.
Açıqlamada, ABŞ-a aid İHA-nın vurulduğu zaman bölgədə bir çox mülki havaçılıq təyyarəsinin aktiv olduğuna diqqəti çəkən FAA, bölgədə gərginliyin artmasından narahatlıq duyulduğunu ifadə edib. Bölgədə mülki havaçılıq sıxlığı olduğunu qeyd edən FAA, alınan qərarın lazımlı olduğunu bildirib.
Dünən mövzuyla əlaqədar olaraq Ağ Evdə mətbuat mənsublarının suallarını cavablayan ABŞ prezidenti Donald Tramp, İranın ABŞ-a aid bir insansız hava vasitəsini vurması mövzusunda, "Çox böyük bir səhv etdilər. İHA beynəlxalq hava sahəsində idi, elmi olaraq bunun dəlillərinə sahibik. (ABŞ-ın İrana hücum planı olub olmadığını) Yaxında görəcəksiniz" demişdi.
Müxalifət.az