İrandan ABŞ-a mesaj: "Müzakirəyə hazırıq"

Baxış sayı:
253

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, ölkəsinin ABŞ rəhbərliyi ilə qarşılıqlı hörmət çərçivəsində müzakirəyə hazır olduğunu deyib.
 
Yapon informasiya agentliyi “Kyodo”-ya açıqlama verən Zərif, İranın ABŞ ilə müzakirə məsələsində ön şərti olmadığını, ancaq Vaşinqton rəhbərliyinin Tehrana hörmət etməsi lazım olduğunu bildirib.
Danışıqlar masasına oturan tərəflərin bir-birinə hörmət etməsi lazım olduğunu vurğulayan Zərif, "Bizim (ABŞ ilə müzakirədə) ön şərtlərimiz yoxdur, ancaq danışıqlar üçün qarşılıqlı etimaddan əvvəl qarşılıqlı hörmət lazımdır" deyib.
İranın bank əməliyyatlarını və neft ixracını ABŞ sanksiyalarına qarşı qorumaq üçün Böyük Britaniya, Almaniya və Fransanın hazırladığı mexanizmə işarə edən Zərif, sözügedən mexanizmin ABŞ sanksiyalarını təsirsiz hala gətirməsi üçün ikinci sanksiya paketinin dövrəyə girəcəyi 5 noyabra qədər ciddi tədbirlər görməsi lazım olduğunu ifadə edib.
Zərif bundan başqa, ABŞ sanksiyalarına qarşı bir çox ölkənin Tehranla iqtisadi əlaqələrini davam etdirdiyini və sanksiyaların öhdəsindən gələcəklərini sözlərinə əlavə edib.
Müxalifət.az