​İrandan ABŞ-la bağlı məktub: Qərarlara qarşı çıxmaq...

Baxış sayı:
4678

İran BMT-nin Baş katibi Antonio Quterreşə ABŞ-ın tətbiq etdiyi sanksiyalarla bağlı məktub ünvanlayıb.
Muxalifet.az xəbər verir ki, məktubda BMT-dən ABŞ-la bağlı hesabat verilməsi tələb edilib.
Məktub barədə danışan İranın BMT-dəki nümayəndəsi Qulam Əli Xoşru ABŞ-ın yeni sanksiyalarının BMT-nin qərarlarına qarşı çıxmaq mənasına gəldiyini deyib:
"ABŞ rəhbərliyindən hesab soruşmaq lazımdır. ABŞ-ın məsuliyyətsiz davranışlarına beynəlxalq cəmiyyət kollektiv cavab verməlidir".