İrandan ABŞ-a İSRAİL ŞƏRTİ: MƏCBUR EDİN

Baxış sayı:
4714

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, bir İran qəzetində yer alan məqaləsində Tehranın Vaşinqton ilə əlaqələrinin düzəldilməsi üçün irəli sürdüyü 15 şərtdən birinin İsraili nüvə silahlardan təmizləməyə məcbur etməsi olduğunu deyib.
 
Zərif, ABŞ rəhbərliyinin İsrailə göstərdiyi yardımı dayandırmasını da istəyib. Zərifin Tehran ilə Vaşinqton arasındakı münasibətlərin düzəlməsi üçün irəli sürdüyü 15 şərtin ABŞ dövlət katibi Mayk Pompeonun ötən günlərdə İran ilə müqavilə olması üçün irəli sürdüyü 12 şərtə cavab olduğu bildirilib.
Zərifin məqaləsində bu ifadələr yer alıb:
“ABŞ, beynəlxalq məsuliyyət altında, ayırımcı siyasəti və insan haqlarını pozması səbəbilə İsraili pisləməli, Fələstin xalqının hüquqlarını qoruması, Fələstinlilərin öz gələcəklərinə qərar verməsi, paytaxtı Qüds olan müstəqil bir Fələstin dövlətinin qurulmasını dəstəkləməsi lazımdır.
Zərif, ABŞ rəhbərliyinin beynəlxalq ictimaiyyətin Orta Şərqdə  50 ildir davam edən kütləvi qırğın silahlarından təmizlənmiş bir bölgə olması səylərinə qarşı çıxmamasını, sionist rejimi təcavüzkar və işğalçılığını dayandırmağa, regiona və beynəlxalq sülh və təhlükəsizliyə təhdid olan nüvə silahlardan təmizləməyə məcbur etməsini istəyib.
Qeyd edək ki, ABŞ dövlət katibi Pompeo, 21 mayda çıxışında İrandan 12 şərt tələb etmi, bunların yerinə yetirilmədiyi halda Vaşinqtonun İrana qarşı görünməmiş sanksiyalar tətbiq edəcəyini bildirmişdi.
Müxalifət.az