İrandan ABŞ-a “İqtisadi terrorizm” ittihamı

Baxış sayı:
7603

 İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif Twitter hesabından verdiyi açıqlamada, İran Qızıl Ayparanın sel fəlakəti səbəbilə zərər çəkən rayonlara yardım aparmaqda yaşadığı çətinliklərə toxunaraq ABŞ-ın sanksiyalarını tənqid edib.
 
 İrana qarşı sanksiyalar səbəbilə ABŞ prezidenti Donald Trampı da sərt bir şəkildə tənqid edən Zərif, bu ifadələri işlədib:
“Trampın maksimum sanksiya siyasəti BMT Təhlükəsizlik Şurasının 2231 saylı qərarı və Beynəlxalq Ədalət Divanı hökmünün açıq-aşkar pozuntusudur. ABŞ sanksiyaları İranda Qızıl Ayparanın bənzəri görülməmiş sel fəlakətində zərər çəkən rayonlara yardım çatdırmasına əngəl törətmişdir. Təcili yardım vertolyotlarının satışına sanksiya tətbiq edilməsi bu vəziyyətə bir nümunədir. Bu sadəcə iqtisadi bir müharibə deyil, eyni zamanda iqtisadi terrorizmdir".
Qeyd edək ki, İranda iki həftədən bəri davam edən yağışlar səbəbi ilə meydana gələn sel fəlakətində 44 nəfər həyatını itirib.
 Müxalifət.az