İrandan ABŞ-a həm təklif, həm də təhdid: Zərif Trampın “B” komandası haqda nə dedi?

Baxış sayı:
7594

ABŞ-ın Hörmüz Boğazını bağlamadığı təqdirdə bunun nəticələri olacağı xəbərdarlığı edən İranın Xarici İşlər naziri Cavad Zərif, “İran neft satmağa və alıcılar tapmağa davam edəcək. Neftimizin satışında Hörmüz Boğazını təhlükəsiz bir keçid yolu kimi istifadə etməyə davam edəcəyik, amma ABŞ bunu etməyimizə mane olacaq çılğın tədbirlər almağa cəhd edərsə, bunun nəticələrinə hazırlıqlı olmalıdır” deyib. TRAMPIN “B” KOMANDASI ABŞ SİYASƏTİNİ FƏLAKƏTƏ SÜRÜKLƏYİR ABŞ prezidenti Donald Trampın onun “B” komandası adlandırdığı Ağ Ev Milli Təhlükəsizlik məsləhətçisi Con Bolton, İsrailin Baş naziri Binyamin Netanyahu, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Abu Dabi vəliəhd şahzadəsi Məhəmməd bin Zayid mövzusunda da xəbərdarlıq edən Zərif, ““B” komandası ABŞ siyasətini fəlakətə doğru sürükləyir. “B” komandasının Tramp ilə eyni planı yerinə yetirdiyini düşünmürəm. Onlarınkı plan deyil, trilyonlara başa gələcək bir sui-qəsddir” deyə söyləyib. Cavad Zərif Trampın İran ilə qarşıdurma istədiyinə inanmadığını, amma təzyiq və zorakılıqla İranı danışıqlar masasına gətirəcəyini və beləliklə ağlındakı müqaviləni qəbul etdirə biləcəyini düşündüyünü ifadə edib. MƏHBUS DƏYİŞİKLİYİ TƏKLİFİ Tramp rəhbərliyinə İranda həbsdə olan Amerikan vətəndaşlarının ABŞ-da məhbus olan İran vətəndaşları ilə dəyişdirilməsini təklif edən Zərif, "Məhbus dəyişikliyi təklifini müzakirəyə qoyuram. Mən hazıram və səlahiyyətim də var" deyib. Zərif məhbus dəyişikliyi təklifini 6 ay əvvəl də etdiklərini, ancaq Tramp rəhbərliyindən bir cavab almadığını bildirib. Zərif ABŞ-da 2020-də prezident seçkilərinə dair bir suala, “Bu mənim işim deyil, ABŞ xalqının qərarıdır. Ümid edirəm ki, Ağ Evə məntiq geri qayıdar” cavabını verib. Müxalifət.az