İrandan ABŞ-a gözdağı: “Davam edəcəyik”

Baxış sayı:
5485

İran Xarici İşlər Nazirliyinin sözçüsü Behram Kasımi ölkəsinin müdafiə və raket qabiliyyətini artırmağa yönəlik işləri davam etdirəcəklərini açıqlayıb.
 
Kasımi ABŞ-ın Tehran rəhbərliyinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) İran ilə varılan nüvə müqaviləsini dəstəkləyən 2231 saylı qərarına zidd davrandığı istiqamətindəki iddiaları haqqında, "ABŞ bu cür problemləri və İranın daxili işlərinə uyğunsun müdaxilələri dilə gətirməklə nüvə razılaşması mövzusundakı səhv strategiyasının üstünü örtmək istəyir. Bu səbəblə davamlı nüvə razılaşmasının və BMT-nin 2231 saylı qərarının nəticəsiz qaldığını söyləyir. Qərarı razılaşmadan çəkilən ABŞ pozmuşdur. İran müdafiə və raket qabiliyyətini artırmağa davam edəcək" deyib.
ABŞ-ın İranın inkişafına mane ola bilməyəcəyini deyən Qasımi, "ABŞ-lı siyasətçilər bu cür təbliğat vasitələri və psixoloji müharibə ilə Tehranın raket fəaliyyətləri və texnologiya sahəsindəki inkişafının qarşısında əngəl törədə bilməz" deyə bildirib.
İranın sahib olduğu raketlərin müdafiə məqsədli olduğunu iddia edən Kasımi, "Bunu bilməlidirlər ki, təzyiq və sanksiyalarla İran xalqını seçdiyi yoldan döndərə bilməyəcəklər. İran raket gücüylə pis hədəflərin qarşısında dayanmağa davam edəcək" deyə söyləyib.
Qeyd edək ki, İran nüvə razılaşmasına dəstək vermək üçün qəbul edilən 2231 saylı BMT qərarı, İrana qadağalar gətirməsə də, nüvə silahı daşıma qabiliyyətinə sahib ballistik raketlərlə əlaqədar bütün hərəkətlərdən çəkinmə çağırışı edir.
Müxalifət.az