İrandan “ABŞ” açıqlaması: Gecikmiş bir addımdır

Baxış sayı:
4720

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İrana qarşı ABŞ sanksiyalarını dəf etməyi planlaşdıran Avropa Birliyinin (Aİ) dəstəklədiyi xüsusi məqsədli ticarət mexanizminin qurulmasını "gecikmiş bir ilk addım" kimi qiymətləndirib.
 
 Zərif Almaniya, Fransa və İngiltərənin İranla ticarəti asanlaşdırmaq üçün qurduğu INSTEX adı verilən kommersiya mexanizminə dair Twitter hesabından münasibət bildirib.
Nazir Zərif mexanizmi nüvə sazişini qorumaq üçün “gecikmiş bir ilk addım" kimi dəyərləndirməklə yanaşı, məmnun olduqlarını bildirib və bunları qeyd edib:
“İran ABŞ-ın qeyri-qanuni sanksiyaları tətbiq etməsindən sonra E3-ün (Almaniya, Fransa, İngiltərə) nüvə sazişini qorumaq üçün 2018-in may ayında təqdim etdiyi öhdəliklərinin gecikmiş bir ilk addımı olan INSTEXİ məmnuniyyətlə qarşılayır. Avropa ilə qarşılıqlı hörmət çərçivəsində və bərabər şərtlərdə konstruktiv əməşdaşlığa hazırıq".
Qeyd edək ki, ABŞ-ın nevə müqaviləsindən birtərəfli çıxmasından sonra Tehran rəhbərliyini nüvə müqaviləsində tutmaq istəyən AB, İranla ticarəti asanlaşdırmaq və Avropa şirkətlərini ABŞ-ın sanksiyalarından qorumaq üçün sentyabrda yeni ödəmə mexanizmi inkişaf etdirildiyini açıqlamışdı.
Müxalifət.az