İrandakı terroru daha bir təşkilat üzərinə götürdü

Baxış sayı:
1717

İranın Ahvaz şəhərindəki terror hücumunu İranın terror təşkilatı kimi tanıdığı Al Ahvaziyə təşkilatı üzərinə götürüb. Bundan başqa, İŞİD terror təşkilatı özünə aid "Amaq" adlı internet saytından verdiyi açıqlama ilə İrandakı hücumu üzərinə götürüb.
 
İranlı rəsmiləri, Ahvaz şəhərindəki hərbi mərasimə təşkil olunan hücumda 24 nəfərin öldüyünü, 53 nəfərin yaralandığını açıqlayıb.
10 dəqiqə ərzində davam edən hücumu 4 nəfərin həyata keçirdiyi və terrorçuların öldürüldüyü bildirilib.
Müxalifət.az