​İrandakı teraktla bağlı saxlanılanlar var

Baxış sayı:
4774

İranın Çabahar şəhərində baş verən teraktla bağlı 4 nəfər saxlanılıb.
Muxalifet.az xəbər verir ki, bunu İran mətbuatına açıqlamasında Zahidan şəhərinin Baş prokuroru Müvahhidi Rad deyib. O, şübhəlilərin əyalətin müxtəlif ərazilərində yaxalandığını söyləyib. Prokuror digər şübhəlilərin axtarışlarının davam etdiyini bildirib.
Qeyd edək ki, dekabrın 6-da İranın Çabahar şəhərinin polis idarəsi qarşısında terrorçu-kamikadzenin avtomobili partlatması nəticəsində 3 nəfər ölüb, 19-u yaralanıb.