​İrandakı böhran Azərbaycan şəhərlərini də vurdu: 180 işçi...

Baxış sayı:
3385

Güney Azərbaycanın Qəzvin şəhərində yerləşən “Marliksan” zavodunda ciddi ixtisarlar aparılır.
Muxalifet.az xəbər verir ki, zavodun işçiləri artıq 180 nəfərin ixtisar edildiyini, bunların da əksəriyyətinin uzun illər sözügedən müəssisədə çalışan təcrübəli işçilər olduğunu bildiriblər:
“Zavodun 340 işçisi var idi, lakin 1 ildən 15 ilədək bu zavodda çalışan 180 işçi ixtisar edildi. Buna səbəb ölkənin iki böyük avtomobil zavodunun “Marliksan”a borcunu ödəməməsidir. Bu sənaye müəssisəsi avtomobil zavodlarına aylar öncə ehtiyat hissələri satıb, lakin satdığı məhsulun pulunu ala bilmir".
Qəzvin Əmək Evi məsələ ilə bağlı yaydığı açıqlamada “Marliksan” zavodunun maliyyə sıxıntıları ilə əlaqədar işçilərini ixtisar etdiyini təsdiq edərək, problemin aradan qaldırılmasını tələb edib.