İrandakı aksiyaların 180-ə yaxın təşkilatçısı saxlanılıb

Baxış sayı:
3267

İranın hüquq-mühafizə orqanları etiraz aksiyalarının 180-ə yaxin liderini saxlayıb. Muxalifet.az trend-ə istinadən bildirir ki, saxlanılanlar bankları yandırmaqda, əmlaka ziyan vurmaqda, hüquq-mühafizə orqanlarının obyektlərinə hücumlarda və digər qanunsuz hərəkətlərdə ittiham olunurlar. Xatırladaq ki, İranın bir sıra şəhərlərində son günlər benzin qiymətinin kəskin artması səbəbindən etiraz aksiyaları keçirilib. Nümayişlərin bəziləri silahlı iğtişaşlara çevrilib.