İranda zəlzələ: yaralılar və dağıntılar var...

Baxış sayı:
2830

İranda 5,2 bal gücündə zəlzələ baş verib.
Muxalifet.az İRNA-ya istinadən xəbər verir ki, yeraltı təkanlar ölkənin cənubunda, Hörmüzgan ostanında qeydə alınıb.
Titrəyişlər yerli vaxtla 14:24-də nəzərə çarpıb. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
Episentr isə Keşma dairəsinin Laft kəndinin yaxınlığında müəyyən edilib.
İlkin məlumata görə, təbiət hadisəsi nəticəsində 3 nəfər xəsarət alıb, 15 evə isə ziyan dəyib.