​İranda zəlzələ qurbanlarının sayı artır

Noyabrın 12-də İranda baş vermiş zəlzələ zamanı ölənlərin sayı 483 nəfərə çatıb.
Muxalifet.az xəbər verir ki, bu barədə İRNA agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
“Ölənlərin 237-si kişi, 246-sı isə qadındır”, - İranın məhkəmə-tibbi təşkilatının Kirmanşah şəhərindəki nümayəndəsi Artin Kamali deyib.
Kamalinin sözlərinə görə, ölənlərdən 525 nəfəri Sərpol Zəhab şəhərinin sakinləridir.