​İranda zəlzələ qurbanlarının sayı 474 NƏFƏRƏ ÇATDI

İranın İraqla sərhədində baş vermiş zəlzələ qurbanlarının sayı artmaqda davam edir.
Muxalifət.az xəbər verir ki, yerli "Tasnim" agentliyi son rəqəm olaraq ölənlərin sayını 474 nəfər qeyd edib. Yaralıların sayı isə 9388 nəfər göstərilib.
Qeyd edək ki, İranın İraqla sərhədində noyabrın 12-də 7,2 bal gücündə zəlzələ baş verib.
Xatırladaq ki, zəlzələ güclü olduğundan yeraltı təkanlar hətta Azərbaycan, Küveyt, BƏƏ-də də az bal gücündə hiss olunub.