​İranda zəlzələ qurbanları arasında Azərbaycan vətəndaşı var? - AÇIQLAMA

Noyabrın 12-də İranın İraqla sərhədində baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı bu günə kimi artmaqda davam edir.
Muxalifət.az xəbər verir ki, trend-in zəlzələ qurbanlarının artması fonunda zərərçəkənlər arasında Azərbaycan vətəndaşlarının olub-olmaması ilə bağlı sualına cavab olaraq Azərbaycanın İrandakı səfirliyindən bildiriblər ki, həlak olanlar arasında Azərbaycan vətəndaşı yoxdur.
Qeyd edək ki, noyabrın 12-də İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 474, yaralıların sayı isə 9388 nəfərə çatıb.
Xatırladaq ki, zəlzələ güclü olduğundan yeraltı təkanlar hətta Azərbaycan, Küveyt, BƏƏ-də də az bal gücündə hiss olunub.