​“İranda zəlzələ daha 2 həftə davam edəcək” - RUSİYALI ALİM

İranda zəlzələ baş verən bölgədə yeraltı təkanlar daha iki həftə davam edəcək.
Muxalifət.az xəbər verir ki, bunu Rusiya Seysmoloji Proqnozlar Laboratoriyasının rəhbəri, geofizik alim Viktor Bokov bildirib.
O qeyd edib ki, İran seysmoloji cəhətdən fəal bölgədə yerləşir: "Orada zəlzələ kifayət qədər tez-tez baş verir. Yeraltı təkanlar olan rayonda 1900-cü ildən belə güclü zəlzələ baş verməyib".
V.Bokovun sözlərinə görə, güclü zəlzələlər adətən İranın şimal və ya qərb bölgələrində qeydə alınır.
Qeyd edək ki, noyabrın 12-də İranla İraqın dövlət sərhədində 7,3 bal gücündə yeraltı təkanlar olub. Təbii fəlakət nəticəsində İranda 339 nəfər ölüb, 5 min 346 nəfər isə xəsarət alıb. Zəlzələ nəticəsində İraqda 8 nəfər ölüb, 425-dən çox insan xəsarət alıb.