İranda zəlzələ 328 can aldı: TƏBRİZ KÖMƏYƏ YETİŞDİ

Kirmanşah vilayətinin Tibbi Ekspertiza İdarəsinin rəisi Artin Kəmali ölənlərin sayının 328-ə çatdığını bildirib.
Muxalifət.az xəbər verir ki, dünyasını dəyişənlərin şəhərlər üzrə statistikası da açıqlanıb.
Kirmanşahda - 10 nəfər
Sərpolzahabda - 236 nəfər
İslamabadda - 22
Səgas Babacanda - 15
Kərəndqərbdə - 14
Qəsri Şirində - 28
Cavanrudda - 3 nəfər

Bölgədə dağıntılar altında qalanları xilas etmək məqsədi ilə digər vilayətlərdən qüvvələr və texnikalar gətirilib. Ərdəbil, Şərqi və Qərbi Azərbaycan, Zəncan və Həmədan vilayətlərindən də bölgəyə çox sayda xilasedici qüvvə və təchizatlar göndərilib.
Qeyd edək ki, ötən gün İraq-İran sərhədində 7,2 bal gücündə olan zəlzələ böyük dağıntılara və tələfata səbəb olub. Kirmanşah əlayətində 3 günlük matəm elan edilib.