​İranda zəlzələ: 18 yaralı var - Yeniləndi

Baxış sayı:
4441

İranda 6.1 bal gücündə zəlzələ baş verib.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Dağıntı və tələfat barədə heç bir məlumat verilməyib.
Qeyd edək ki, dünən də İran-İraq sərhədində 5.6 bal gücündə zəlzələ baş vermişdi.
Noyabr ayında isə İranda baş vermiş 7.2 bal gücündə yeraltı təkanlar nəticəsində 620 nəfər həlak olmuşdu.

İranın Kerman əyalətində baş verən zəlzələ zamanı 18 nəfərin yaralandığı bildirilib.
Bir neçə kənddə evlərə ciddi ziyan dəyib və infrastruktur dağılıb.