İRANDA ZƏLZƏLƏ: 105 nəfər xəsarət alıb

Baxış sayı:
3652

İranda baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı 105 nəfərə çatıb.
“Tasnim” informasiya agentliyinin yaydığı məlumata görə, İranın cənub-qərbində – Kohgiluyə və Buyer Əhməd vilayətinin Sisəxt şəhərində 5,3 bal gücündə baş verən zəlzələ nəticəsində elektrik dirəkləri aşıb. Bu səbəbdən bölgəyə elektrik enerjisinin verilişi dayandırılıb. Ağır yaralananlar İranın böyük şəhərlərinin xəstəxanalarına göndərilib. İnsan tələfatı barədə məlumat yoxdur(azərtac).