​İranda zavodda güclü partlayış: Altı nəfər ölüb

İranın paytaxtı Tehranın yaxınlığında neft emalı zavodunda güclü partlayış baş verib.
Muxalifet.az-ın RİA Novosti-yə istinadən məlumatına görə, hadisə nəticəsində ən azı altı nəfər ölüb, iki nəfər isə ağır yaralanıb.
İnsident yerli vaxtla saat 16:00-da qeydə alınıb. Partlayış nəticəsində ərazidə yanğın olub.