​İranda yüzlərlə insan yenidən küçələrə çıxdı

Baxış sayı:
2071

İranın qərbində yerləşən Həmədan şəhərində ölkə rəhbərliyinə dəstək mitinqləri keçirilir.
 
Muxalifet.az
bildirir ki, bu barədə “Mehr” agentliyi xəbər yayıb.
Xəbərdə deyilir ki, nümayişçilər əllərində dini lider Əli Xameneyinin və İran prezidenti Həsən Ruhaninin portretlərini tutaraq şəhərin küçələrinə çıxıblar. Onlar hökumətin lehinə şüarlar səsləndirirlər.
Qeyd edək ki, İslam İnqilabı Keçikçiləri Korpusunun komandanı, general Məhəmməd Əli Cəfəri dünən bildirmişdi ki, ölkədəki iğtişaşlara son qoyulub və hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir.