İranda yük maşınları toqquşdu - Ölənlər və yaralananlar var

Baxış sayı:
5896

İranın cənub-qərbində yerləşən Fars vilayətində Abade-İzədxast yolunda iki yük maşını toqquşub. Trend-in məlumatına görə, bunu İranın Fars vilayətinin şimal yol polisinin rəisi polkovnik Əbdülhaşim Dehqani deyib. Ə.Dehqaninin sözlərinə görə, qəza nəticəsində 2 nəfər həlak olub, 2 nəfər də yaralanıb. Dehqani əlavə edib ki, qəzaya səbəb yük maşınlardan birinin sürücüsünün yorğunluu olub. İranın şimalında yerləşən Mazandaran vilayətinin Sari rayonunda isə iki minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər həlak olub 4 nəfər yaralanıb.