İRANDA VƏZİYYƏT GƏRGİNLƏŞİR - Ölənlərin sayı 1135 nəfərə çatdı

Baxış sayı:
1267

İranda koronavirusdan ölənlərin sayı 1135, xəstəliyə yoluxanların sayı isə 17 361 nəfərə çatıb.

APA-nın xəbərinə görə, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü bildirib. 

Nazirlik rəsmisinin sözlərinə görə, son 24 saat ərzində 1192 nəfər virusa yoluxub, 147 nəfər ölüb. 

İndiyədək 5710 nəfər sağalıb.