​İranda təyyarə çatışmazlığı: təklif irəli sürüldü

Baxış sayı:
4201

İranın hava nəqliyyatı bazarının ərazi böyüklüyündən dolayı 500 təyyarəyə ehtiyacı var.
Muxalifet.az xəbər verir ki, bunu İranın yol və şəhərsalma nazirinin müavini Əli Abidzadə bildirib.
"Hava nəqliyyatında təyyarə çatışmazlığı var. Buna görə, bütün şəhərlərə uçuşlar təşkil edilmir. Hal-hazırda hava nəqliyyatında 150 ədəd sərnişin təyyarəsi var. Yerli və xarici uçuşların çoxluğunu nəzərə alaraq təyyarələrin sayı artırılmalıdır. İranın Mülki Aviasiya Təşkilatı təyyarələrin satın alınması üçün təklif irəli sürüb", - Abidzadə qeyd edib.