İranda terror törədildi: Çoxlu sayda ölənlər var

Baxış sayı:
4006

İranda İnqilab Keşikçiləri Ordusuna (DMO) bağlı sərhədçiləri daşıyan avtobusu hədəf alan terror hadisəsi törədilib. İntihar təcavüzünün bomba yüklü avtomobillə həyata keçirildiyi qeyd olunub.
 
DMO-dan hücumla bağlı edilən yazılı açıqlamada, bomba yüklü maşınla təşkil olunan terror hücumunda DMO-ya bağlı sərhədçiləri daşıyan avtobusun hədəf alındığı bildirilib.
Hücumda 27 DMO əsgərinin öldüyü, 13-ün isə yaralandığı ifadə edilən açıqlamada, hücumun İsrail və imperialist güclərin xüsusi xidmət orqanlarının dəstəyi ilə həyata keçirildiyi irəli sürülüb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Kasımi Sistan-Belucistandakı İnqilab Keşikçiləri Ordusuna qarşı terror hücumunda region ölkələrini günahlandırıb.
Kasımi Sistan-Beluçistandaki intihar hücumuna dair verdiyi yazılı açıqlamada, "İran xalqının övladları bu təcavüzün intiqamını mütləq alacaq" deyib.
Hücumu "Ceyşul Adalet" adlı təşkilatın üzərinə götürdüyünü xatırladan Kasımi, bunları söyləyib:
“Bu təşkilat bəzi region ölkələrinin ideoloji, maliyyə və hərbi dəstəyinə əsaslanaraq bu hücumu həyata keçirib. Ancaq bu hücum İranın bölgədəki terrorla mübarizədəki qətiyyətini daha da artıracaqdır".
İntihar hücumunu üzərinə götürən "Ceyşul Adalet" adlı təşkilat, hadisədə avtobusda olan 40 əsgərin hamısının öldüyünü iddia edib. Təşkilatın açıqlamasından sonra İranlı rəsmilərdən hələ bir açıqlama edilməyib.
Qeyd edək ki, İranın terror təşkilatı olaraq elan etdiyi "Ceyşul Adalet", ölkədəki "Sünni Beluç xalqının hüquqlarını müdafiə etdiyini" irəli sürərək Tehran hakimiyyətinə qarşı silahlı mübarizə aparır.
Müxalifət.az