​İranda TERROR: Ölən və yaralananlar var

Baxış sayı:
5347

Bu gün səhər saatlarında İranın cənub-şərqində, Sistan və Bəluçistan vilayətinin Nikşəhr rayonunda Bəsic Qüvvələrinin bazasına terror hücumu olub.
Muxalifet.az xarici mətbuata istinadən bildirir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) Qüds qərargahının İctimai əlaqələr şöbəsindən "Mehr" informasiya agentliyinə bildirilib.
Məlumata əsasən terrorçuların bazaya hücumu nəticəsində "Sepah"ın bir nümayəndəsi ölüb, 5 nəfər yaralanıb.