​İranda terror aktının QARŞISI ALINDI

Baxış sayı:
5281

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ölkənin cənubundakı Saravan şəhərində terror aktının qarşısını alıb.
Trend-in məlumatına görə, partlayış İİKK bazasının yaxınlığında törədilməli imiş.
Təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində iki terrorçunun zərərsizləşdirildiyi məlumat verilib. Daha bir terrorçu isə özünü partladıb.
Hadisə nəticəsində İİKK-nin iki əməkdaşı yaralanıb.