İranda sürücülərdən hökumətə etiraz - Yük maşınlarını yandırdılar

Baxış sayı:
5155

Bu barədə "Sputnik Armeniya" saytı məlumat yayıb. Tətil səbəbindən Ermənistana gətirilməsi nəzərdə tutulan bəzi yüklər İranın Bəndər-Abbas limanında gecikir. 
Sürücülər hökumətin həyata keçirdiyi iqtisadi siyasətə etiraz edirlər. Çoxsaylı sosial şəbəkə istifadəçiləri onların yük maşınlarını yandırdığını əks etdirən kadrlar yayıblar. 

İran mediası isə etirazla bağlı heç bir məlumat dərc etməyib.
Qeyd edək ki, İran İslam Respublikasının iqtisadiyyatı ABŞ-ın sanksiyaları səbəbindən böyük zərərə uğrayıb.