İranda sünni lider məscidə gedərkən ÖLDÜRÜLDÜ

Baxış sayı:
5245

İranda bəluc əsilli sünni ruhani lider Mövləvi Əbdülqafur Camalzehi naməlum şəxslərin silahlı hücumunda qətlə yetirilib.

Muxalifet.az xəbər verir ki, hadisə Gülüstan əyalətinin Nəzərabad kəndində baş verib.

Sübh namazını qılmaq üçün evindən çıxıb məscidə gedən Camalzadeh motosiklet sürən iki naməlum şəxsin ov tüfəngindən açdığı atəş nəticəsində qətlə yetirilib.

İki ayağından və kürəyindən 4 güllə yarası alan 61 yaşlı ruhani hadisə yerində ölüb.

Hələlik hər hansı bir şəxs və ya qrup hücumun məsuliyyətini öz üzərinə götürməyib.