​İranda sərhədçilərə hücum - 8 ölü

İranın şimal-şərqində Qərbi Azərbaycan əyalətində terrorçular sərhəd xidmətinin əməkdaşlarına hücum edib.
Terrorçuların hücumu nəticəsində azı 8 sərhədçi həlak olub.
Məlumata əsasən, sərhədçilər hücumun qarşısını almağa çalışarkən bir neçə terrorçunu öldürüblər. Lakin öldürülən terrorçuların sayı barədə məlumat yoxdur.