​İranda silahlı hücum: İmam Hüseyn türbəsinə daxil olub...

Baxış sayı:
946

İranın Əhvaz şəhərində yerləşən İmam Hüseyn Mədəniyyət Mərkəzinə silahlı hücum olub.
Muxalifet.az xəbər verir ki, bu barədə İranın İQNA agentliyi məlumat yayıb.
Bildirilib ki, “Əhvaz Azadlıq Hərəkatı” mənsub naməlum şəxs hücumdan sonra olayın görüntülərini paylaşıb və məsuliyyəti öz üzərinə götürüb.
Sözügedən mərkəzin nümayəndəsi Hüccetülislam Məhəmməd Kabi açıqlamasında hadisədən bir gün öncə adıçəkilən qruplaşmadan təhdid mesajları yayıldığını deyib.
“İmam Hüseyn Mərkəzi gecə yarısı 00:20-də silahlı basqına məruz qaldı. Olay zamanı ölən olmasa da, mədəniyyət evinə ciddi ziyan dəyib”.