İRANDA SEL FƏLAKƏTİ - Ölənlərin sayı artır

Baxış sayı:
18703

İranda güclü leysan yağışlarından sonra meydana gələn sel fəlakəti nəticəsində həlak olanların sayı 70-ə çatdığı halda, yaralıların sayının 768 nəfər olduğu bildirilir.
İranın Təcili Yardım İdarəsinin açıqlamasında ən çox insan itkisinin Fars əyalətində olduğu, Loristan əyalətində 14, Gülüstan əyalətində 8, Mazandaran və Həmədanda 5 nəfərin həlak olduğu bildirilib. Loristan Səhiyyə İdarəsinin açıqlamasında Poldohter rayonunda selin böyük dağıntılar törədərək 256 nəfərin yaralanmasına səbəb olduğu deyilir.
Sel 1 900 yaşayış məntəqəsini basıb. Hələ 10 əyalətdə selin altında qalanların xilas edilməsi işləri davam edir.
İranının Hidrometeorologiya idarəsi qarşıdakı günlərdə də güclü yağış və sel olacağı barəsində xəbərdarlıq edib.