"İranda rejimin dəyişməsinə..." - TRAMPDAN GÖZLƏNİLMƏZ AÇIQLAMA

Baxış sayı:
10961

ABŞ İranda rejimin dəyişməsinə çalışmır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp nazirlər kabinetinin iclasının gedişatında jurnalistlərə deyib.

Onun sözlərinə görə, ABŞ “kömək etmək və İranla işləmək” istəyir.

“İranla çox irəliləyişə nail olunmuşdu”, - ABŞ prezidenti əlavə edib.