​İranda qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı fakt

Baxış sayı:
5200

İranda qəzaya uğrayan, Türkiyənin “Başaran Holdinq” şirkətinə aid təyyarə haqqında yeni fakt ortaya çıxıb.
Muxalifet.az xəbər verir ki, təyyarə hazırda maraqla izlənən “Çukur” serialının ilk bölümündə yer alıb.
“Challenger 604” tipli təyyarə serialın baş qəhrəmanı Yamaç xarakterini canlandıran Aras Bulut İynemlinin sevgilisi Senaya (Dilan Deniz Çiçek) sürpriz edərək Parisə apardığı səhnədə çəkilib.
Qeyd edək ki, İranın Çaharmahal və Bəxtiyarı əyalətində qəzaya uğrayan təyyarədə 2 qadın pilot, 1 stüardessa və 8 sərnişin həlak olmuşdu.