​İranda qum qasırğası: 43 nəfər xəstəxanaya düşüb

Baxış sayı:
11521

İranın Kirman vilayətinin şərqində baş verən güclü qum qasırğası nəticəsində indiyədək 43 nəfər tibb məntəqələrinə müraciət edib.
Muxlifet.az Trend-ə istinadən xəbər verir ki, Riqan rayonunun qubernatoru Əmin Baqiri deyib ki, hazırda 120 kənd qum qasırğasının mühasirəsindədir.
Qasırğa həmçinin tranzit yolda hərəkətin ləngiməsinə səbəb olub.