İranda qadın deputat koronavirusdan öldü

Baxış sayı:
2287

İran parlamentinin daha bir deputatı koronavirisunun qurbanı olub.

Tehrandan seçilmiş millət vəkili Fatimə Rəhbər yeni tipli koronavirusu xəstəliyindən komaya düşərək ötən gün vəfat edib. İranın yarımrəsmi “Tasnim” agentliyinin verdiyi xəbərə görə, 21 fevral tarixində keçirilən 11-ci parlament seçkilərində seçilmiş 56 yaşlı Fatimə Rəhbər mühafizəkar istiqaməti ilə tanınan İslam Koalisiyası Partiyasının (Hizb-i Mutelife-yi İslami) üzvü olub.

"İslam Koalisiyası Partiyası"nın üzvü və mühafizəkar siyasi baxışlara sahib olan Fatimə Rəhbər bundan öncə Parlamentin bir neçə çağırışında deputat kürsüsünə əyləşmişdi. O, həmçinin son dövrlər Xomeyni İmdad Komitəsinin rəhbərini müavini vəzifəsində çalışırdı.

İlkin olaraq karyerasına İran Dövlət Teleradio Şirkətində produser kimi başlayan Fatimə Rəhbər daha sonra qurumun Ali Siyasi Şurasının rəhbəri təyin edilmişdi.

İndiyədək İranın Vatikandakı keçmiş səfiri, İran parlamentinin iki nəfər deputatı və bir sıra digər rəsmilər koronavirus xəstəliyindən vəfat ediblər.

Hurriyyet.org