İranda “qadın” böhranı!

Baxış sayı:
5986

 İran ilə Boliviya arasında Tehranda oynanan futbol matçında İranlı qadınların tribunadan matçı izləməsi böhrana yol açıb.
 
İranın baş prokuroru Mohammad Ja'far Montazeri, qadınların oyunları tribunada izləmələrinə qarşı olduğunu söyləyərək bunun dayandırılması lazım olduğunu bildirib.
İranın bir İslam dövləti olduğunu deyən baş prokuror Montazeri, "Mən bir Müsəlman olaraq qadınların tribunada olmasından narahat oldum. Bir qadının tribunadan yarı çılpaq kişiləri izləməsi böyük günahlara yol açır. Bu fikrimə qatılmayan hər vəzifəliylə mübahisə edə bilərəm. Bundan başqa, matçın sonunda kişilərlə eyni anda küçələrə çıxmaları da təhlükəlidir. Əgər bu təkrarlanarsa, Tehran prokurorlarına hərəkətə keçmələri üçün sərəncam verəcəyəm" deyə söyləyib.
Qeyd edək ki, İran hazırlıq oyununda qonaq etdiyi Boliviyanı 2-1 məğlub edib. İranlı qadınlar 40 il sonra ilk dəfə tribunadan matç izləyib.
Müxalifət.az