İRANDA POLİSLƏ VƏTƏNDAŞLAR ARASINDA QARŞIDURMA - Benzinin bahalaşması etiraz doğurdu

Baxış sayı:
5236

İranda benzinin qiymətinin qaldırılması ölkənin bəzi şəhərlərində etirazlara səbəb olub.

Belə ki, Tehranla yanaşı, İsfahan və Şiraz şəhərlərində də etiraz aksiyaları keçirilib.

Yerli mətbuatın məlumatına görə, aksiyalar zamanı polislə qarşıdurmalar da qeydə alınıb. Etirazlar zamanı bir nəfərin öldüyü deyilir. Etirazçılar yollarda təkərlər yandırıb, avtomobillərin hərəkətinə əngəllər törədiblər. Axşam saatlarında aksiya iştirakçıları dağılışıb.

Xatırladaq ki, noyabrın 16-da İranda benzinin qiyməti 50 faiz qaldırılıb ki, bu da əhalinin narazılığına səbəb olub.