​İranda pensiyaçılar ayağa qalxdı

Baxış sayı:
3928

İranda yaşanan ağır iqtisadi durumdan dolayı pensiyaçılar təqaüdlərinin artırılması məqsədilə müxtəlif şəhərlərdə aksiyalar keçirib.
Muxalifet.az xəbər verir ki, İranın İLNA agentliyinə istinadən xəbər verir ki, pensiyaçılar paytaxt Tehranda Büdcə və Planlaşdırma qurumunun binası önünə toplaşaraq yoxsulluq həddindən aşağı dərəcədə təqaüd aldıqlarını bildiriblər.
Onlar təqaüdlərin artırılması ilə yanaşı, sığorta şərtlərinin yaxşılaşdırılmasını da tələb ediblər.
Bundan əlavə, Yəzd və Məşhəd şəhərlərində də bənzər aksiyalar keçirilib.